Polşa Almaniya ilə sərhəddə "Təhlükəsiz Qərb" adlı genişmiqyaslı əməliyyata başlayaraq sərhədçilərə və polisə dəstək üçün 5 min əsgər göndərib.
News24.az xəbər verir ki, bu barədə "X" Platformasında Milli Müdafiə naziri Vladislav Kosiniak-Kamış məlumat verib.
"Polşa Ordusu Almaniya ilə sərhəddə Sərhəd Mühafizəsini və polisi dəstəkləyir. Eyni zamanda, biz Litva ilə sərhəddə fəaliyyətimizi genişləndiririk", - nazir yazıb və əməliyyatın miqrasiya təhlükələrinə qarşı yönəldiyini vurğulayıb.
Polşanın daxili işlər naziri Tomaş Siemonyak Litva sərhədində estoniyalı sürücü tərəfindən daşınan qeyri-qanuni miqrantların saxlanıldığını bildirib. Onların Əfqanıstan vətəndaşları olduğu üzə çıxıb .
Əməliyyat Polşanın Almaniya və Litva ilə 30 gün ərzində müvəqqəti sərhəd nəzarəti tətbiq etməsindən sonra başlayıb. Varşava Almaniya polisinin qanunsuz hərəkətləri barədə dəfələrlə məlumat verib və onun sözlərinə görə, qanunsuz miqrantları Polşa ərazisinə aparır.
Aqil Qarayev