EN

Gürcüstanlı yarımmüdafiəçi daha iki il "Zirə"də

Konfrans Liqasında çıxış edəcək “Zirə” daha bir futbolçi ilə müqavilə bağlayıb.

İdman.biz xəbər verir ki, Georgi Papunaşviliylə yeni iki illik sövdələşmə əldə olunub.

Gürcüstanlı yarımmüdafiəçi 2026/27 mövsümünün sonuna qədər “Zirə”də çıxış edəcək. Papunaşvili 2024-cü ilin yayından komandamızın şərəfini qoruyur.

Qeyd edək ki, Georgi ötən mövsümdə paytaxt klubunun heyətində 33 qarşılaşmada 7 qol vurub, 3 ötürmə edib.

İdman.biz

Chosen
29
50
idman.biz

10Sources