AZ

Papunaşvili daha iki il "Zirə"də - rəsmi

Konfrans Liqasında çıxış edəcək “Zirə” daha bir futbolçu ilə müqavilə bağlayıb.

"Football-plus.az" xəbər verir ki, Georgi Papunaşviliylə yeni ikiillik sövdələşmə əldə olunub.

Gürcüstanlı yarımmüdafiəçi 2026/27 mövsümünün sonuna qədər “Zirə”də çıxış edəcək. Papunaşvili 2024-cü ilin yayından "qartallar"ın şərəfini qoruyur.

Qeyd edək ki, Georgi ötən mövsümdə qəsəbə təmsilçisinini heyətində 33 qarşılaşmada 7 qol vurub, 3 ötürmə edib.

Seçilən
25
50
football-plus.az

10Mənbələr