Misli Premyer Liqasının gümüş medalçısı “Zirə” rəhbərliyi yeni müqaviləyə imza atıb.
Offsideplus.az xəbər verir ki, gürcü yarımmüdafiəçi Georgi Papunaşvili ilə müqavilənin müddəti uzadılıb.
29 yaşlı futbolçunun Bakı təmsilçisi ilə yeni razılaşma 2026/27 mövsümünün sonuna qədər nəzərdə tutulub.
Qeyd edək ki, Papunaşvili 2024-cü ilin yayından "qartallar"ın şərəfini qoruyur.