AZ

“Zirə” klubu gürcüstanlı futbolçu ilə müqaviləni yeniləyib

Bakı, 7 iyul, AZƏRTAC

“Zirə” futbolçusu Georgi Papunaşviliylə 2 illik yeni müqavilə bağlayıb.

Klubdan AZƏRTAC-a verilən məlumata görə, gürcüstanlı yarımmüdafiəçi 2026/2027-ci illər mövsümünün sonuna qədər “qartallar”ın heyətində çıxış edəcək.

Qeyd edək ki, Georgi Papunaşvili 2024-cü ilin yayından “Zirə”nin şərəfini qoruyur.

Seçilən
4
31
azertag.az

10Mənbələr