EN

"Barselona" Luis Dias üçün hərəkətə keçdi

"Atletik"in hücumçusu Niko Uilyamsın transferinin baş tutmamasından sonra "Barselona" diqqətini "Liverpul"un ulduzu Luis Diasın transferinə yönəldib.

90deqiqe.Az-ın “Sky Sport"a istinadən yaydığı xəbərə görə, Mersisayd klubu 28 yaşlı hücumçunu satmaq niyyətində deyil.

Bildirilir ki,kolumbiyalı oyun,u yeni baş məşqçi Arne Slotun planlarının vacib parçasıdır. "Liverpul" futbolçunun xidmətlərindən razıdır və onunla mövcud müqaviləni uzatmaq istəyir. Klub artıq Diasın nümayəndələri ilə ilkin təmas qurub.

Luis Dias isə yeni müqavilədə maaşının artırılmasını tələb edir. O, xüsusilə Məhəmməd Salahla yenilənmiş müqavilədən sonra komandada özünün də daha yüksək məvacibə layiq olduğunu düşünür.

Qeyd edək ki, kolumbiyalı futbolçunun "Liverpul"la hazırkı müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.

 

Chosen
17
9
90deqiqe.az

10Sources