İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində yeni təyinat olub.
BAKU.WS xəbər verir ki, Lətif Zeynallı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Dövlət Proqramları Şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
O, 2024-cü ilin oktyabr ayından İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Strateji planlaşdırma şöbəsinin aparıcı məsləhətçisi olaraq çalışıb.
Qeyd edək ki, L.Zeynallı 2013-2024-cü illərdə "Xalq Sığorta" ASC-nin Satış, Əməliyyat və Təkrarsığorta və Biznesin inkişafı idarələrində müxtəlif vəzifələrdə çalışıb.