EN

Avarçəkənimiz Avropa üçüncüsü oldu - FOTO

BAKI, 7 iyul. TELEQRAF

3-6 iyul tarixlərində Rumıniyanın Piteşti şəhərində gənclər və 23 yaşa qədər avarçəkənlər arasında kayak və kanoe üzrə Avropa çempionatı keçirilib.

Teleqraf xəbər verir ki, Komandamızın üzvlərindən kanoe qayığında mübarizə aparan Tatyana Smilovenkoüçüncü yer tutub.

Avarçəkənimiz təsnifat və yarımfinal mərhələsində 500 metr məsafədə 1 nəfərlik qayıqda uğurlu çıxış edərək A finalına yüksəlib. Finalda finiş xəttini üçüncü keçən Tatyana Avropa çempionatının bürünc medalına layiq görülüb.

Chosen
146
3
teleqraf.com

10Sources