Hurriyyet.az xəbər verir ki, Ermənistanın Rusiyadakı səfiri Qurgen Arsenyan Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
Bu, İrəvanın analoji addımına cavab olub.
Bundan əvvəl Rusiyanın İrəvandakı səfiri Ermənistan XİN-ə çağırılıb, ona Rusiyanın rəsmi şəxslərinin bir sıra açıqlamalarının Ermənistanın daxili işlərinə müdaxilə olması ilə bağlı etiraz bildirilib.
Hürr Tərcüman