AZ

Ermənistanın Rusiyadakı səfiri XİN-ə çağırılıb

Bakı. Trend:

Ermənistanın Rusiyadakı səfiri Qurqen Arsenyan Rusiyanın xariciişlər nazirliyinə çağırılıb.

Bu barədə TrendRusiya KİV-ə istinadən xəbər verir.

Onun XİN-ə hansı səbəbdən çağırıldığı hələ ki, açıqlanmır.

Xatırladaq ki, bir müddət bundan öncə Rusiyanın Ermənistandakısəfiri Sergey Kopırkin Xarici İşlər Nazirliyinə çağırılmış və onaetiraz notası təqdim edilmişdi. Narazılığın səbəbi Rusiya rəsmiləritərəfindən səsləndirilmiş “dostluqdan uzaq” açıqlamalar olub.İrəvan həmçinin Rusiya KİV-lərindəki “açıq-aşkar qeyri-dostyana”ritorikayla bağlı kəskin etirazını bildirmişdi.

Məqalədə:
Seçilən
8
38
az.trend.az

10Mənbələr