Bu gün Rusiyanın Xüsusi Uçuş Qrupunun Vnukovodan havaya qalxan təyyarəsi Bakıda eniş etməyə hazırlaşır.
“Cebheinfo.az” xəbər verir ki, hökumət təyyarəsində Azərbaycan tərəfi ilə ikitərəfli münasibətlərin nizamlanması məsələsi ilə bağlı qeyri-rəsmi danışıqlar aparacaq fövqəladə hallar naziri Aleksandr Kurenkov var.
Qeyd edək ki, bir müddət əvvəl Moskvada iki ölkə arasında münaqişəni qe qeyri-rəsmi yolla həll etmək məqsədi ilə Bakıya gedəcək nümayəndə heyətinin hazırlanması barədə xəbər yayılıb. Putindən şəxsən Prezident İlham Əliyevə məktub çatdırılacağı da iddia olunur.
Mənbə qeyri-rəsmi nümayəndə heyətinə Putinin keçmiş şəxsi adyutantı, indiki fövqəladə hallar naziri, Azərbaycan nümayəndələri, xüsusiən fövqaədaə hallar naziri Kəmaləddin Heydərovla şəxsi münasibətləri yaxşı olan Aleksandr Kurenkovun rəhbərlik edə biləcəyini istisna etməmişdi.