"Barselona" və "Sevilya"nın sabiq futbolçusu İvan Rakitiç peşəkar futbol karyerasını başa vurduğunu açıqlayıb.
Offsideplus.az xəbər verir ki, xorvatiyalı bu barədə qərarını sosial mediadan açıqlayıb.
37 yaşlı Rakitiç 2006-cı ildən bəri professional şəkildə futbolla məşğul olurdu.
O, La Liqada ümumilikdə 438 oyuna çıxıb.
Rakitiç 2018-ci ildə Dünya Çempionatının finalına yüksələn Xorvatiya yığmasının əsas üzvlərindən biri idi.