Bakı. Trend:
İran həm keçmişdə, həm indi, həm də gələcəkdə atom bombasıardınca olmadığını bəyan edib.
Trend-inməlumatına görə, bunu İran prezidenti Məsud Pezeşkian xaricimediaya açıqlamasında deyib.
Onun sözlərinə görə, İranın atom bombası düzəltmək ardıncaolması iddiası tamamilə yanlışdır. Çünki bu, İranın Ali Liderininverdiyi qərarla ziddiyyət təşkil edir.
Pezeşkian deyib ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentlikləəməkdaşlıqla İranın atom bombası düzəltmək ardınca olmamasıdəfələrlə təsdiqlənib. Çünki AEBA müfəttişləri həmişə İranın nüvəobyektlərini yoxlayıb və İranın nüvə silahı istəmədiyiniəsaslandırmaq üçün baxışlar keçiriblər. Lakin təəssüflər olsun ki,bu əməkdaşlıq İranın nüvə obyektlərinə qarşı qanunsuz hücumlarnəticəsində pozulub.
Qeyd edək ki, 2 iyulda İran prezidenti Məsud Pezeşkian AEBA iləəməkdaşlığın dayandırılması üzrə qanunun qüvvəyə minməsinə dairqərar verib. İran parlamentinin qəbul etdiyi qanuna əsasən, AtomEnerjisi üzrə Beynəlxalq Agentliyin müfəttişlərinin yoxlamalarkeçirmək üçün ölkəyə giriş icazəsi yoxdur. Yalnız İranın Ali MilliTəhlükəsizlik Şurası ölkənin dinc məqsədli nüvə fəaliyyəti və nüvəmərkəzlərinin təhlükəsizliyinə zəmanət verildiyini təsdiqlədiyihalda, agentlik müfəttişlərinin ölkəyə girişinə icazə veriləbilər.