Azərbaycan avarçəkəni Tatyana Smilovenko Rumıniyanın Piteşti şəhərində gənclər və 23 yaşa qədər avarçəkənlər arasında kayak və kanoe üzrə keçirilən Avropa çempionatında üçüncü yeri tutub.
Bu barədə Axar.az-a Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, avarçəkən təsnifat və yarımfinal mərhələsində 500 metr məsafədə 1 nəfərlik qayıqda uğurlu çıxış edərək A finalına yüksəlib.
Finalda finiş xəttini üçüncü keçən Tatyana Smilovenko Avropa çempionatının bürünc medalına yiyələnib.