EN

Oğuzda ağac kəsənlərə qarşı cinayət işi açılıb

Oğuzun Xalxal kəndində meşə təsərrüfatına vurulan zərərlə bağlı istintaq araşdırmaları aparılır. 

DİN-in mətbuat xidmətinin regional qrupundan bildirilib ki, vələs növündən olan bir neçə ağacın kəsilməsi faktına görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Oğuz RPŞ-də cinayət işi başlanıb. 

Keçirilən tədbirlərlə həmin əməli törətməkdə şübhəli olan 2 nəfər müəyyən olunaraq məsuliyyətə cəlb edilib. 

Araşdırmalar davam etdirilir.

P.ƏMİRCANOV
XQ

Chosen
13
50
xalqqazeti.az

10Sources