EN

İsveçrə Tehrandakı səfirliyini yenidən açdı

İsveçrə ABŞ-nin İranda maraqlarını təmsil edən ölkə kimi, İsrail və İran arasında yaranan müharibə səbəbindən bağladığı Tehrandakı səfirliyini yenidən açıb.
Teleqraf xəbər verir ki, bu barədə İsveçrə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, səfir və kiçik heyət iyulun 6-da Azərbaycan üzərindən quru yolu ilə Tehrana qayıdıb.
“Səfirlik fəaliyyətini mərhələli şəkildə bərpa edəcək”, – qurumdan bildirilib.
Qeyd edək ki, səfirlik iyunun 20-dən etibarən müvəqqəti bağlanmışdı.
Chosen
4
21
sherg.az

10Sources