AZ

İsveçrə səfiri və digər əməkdaşlar Tehrandan Azərbaycana gəldilər

Ajans.az xəbər verir ki, bu barədə İsveçrə XİN məlumat yayıb.
Qeyd edilib ki, İsveçrə İsrail və İran arasında münaqişənin kəskinləşməsindən dərin narahatlıq keçirir və bütün tərəfləri təmkinli olmağa çağırır: “Bütün əcnəbi heyətimiz indi İranı tərk edib və güvəndədir. 5 əcnəbi heyət və onların tərəfdaşları Türkmənistana yola düşüb; Səfir Nadine Olivieri Lozano da daxil olmaqla qalan yeddi heyət üzvü də indi quru sərhədi keçib, Azərbaycana üz tutublar.

Vəziyyət imkan verən kimi Tehrana qayıdacaqlar”.

Seçilən
9
21
Ajans.az

10Mənbələr