EN

"Neftçi" ona görə Kipr klubuna bu qədər pul ödəyib

"Neftçi"nin bir neçə gün öncə heyətinə qatdığı İmad Faraj üçün ödədiyi məbləğ məlum olub.

Publika.az xəbər verir ki, "ağ-qaralar" fransalı futbolçunun məxsus olduğu Kiprin "AEK Larnaka" klubuna 700 min avro (təqribən 140000 manat) ödəniş edib. Bu barədə "Transfermarkt" məlumat yayıb.

Qeyd edək ki, paytaxt təmsilçisi 1 milyon transfer dəyəri olan 26 yaşlı futbolçu ilə 3 illik müqavilə bağlayıb.

Chosen
34
42
publika.az

10Sources