Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti “Qızıl top”a layiq, amma onu qazanmamış futbolçudan söhbət açıb.
Arena.az “GiveMeSport” dərgisinə istinadən, 66 yaşlı italyan mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:
“Özünün karyerası ərzində Paolo Maldini “Qızıl top”a layiq olub, amma onu almamağının yeganə səbəbi o olub ki, italyan futbolçu müdafiəçi idi”, deyə Ançelotti vurğulayıb.
Xatırladaq ki, Paolo Maldini “Milan”ın əfsanəsidir. 2018-ci ilin avqust ayında Paolo “Milan”ın inkişaf üzrə direktoru təyin edilmiş, bir il sonra texniki direktor vəzifəsini almışdı. Maldini 2022-ci il “Golden Boy Awards”ın mükafatlandırılması mərasimində “Ən yaxşı avropalı idarəçi” seçimi üzrə qalib olmuşdu. 2023-cü ilin iyun ayında Maldini “Milan”da tutduğu vəzidədən gedib.