BAKI, 7 iyul. TELEQRAF
BRICS sammiti çərçivəsində Türkiyənin xarici işlər naziri Hakan Fidan iranlı həmkarı Abbas Əraqçi ilə görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Diplomatik görüşdə iki ölkə arasındakı ikitərəfli münasibətlər və regional məsələlər, o cümlədən İranın nüvə proqramı müzakirə olunub.
Hakan Fidan bölgədəki bütün böhranların diplomatik yolla həllinə dəstək verdiklərini və bu istiqamətdə addımların atılmasına hazır olduqlarını bildirib.