EN

Qanun dəyişir: Ödənilə bilməyən bu borcları dövlət qaytaracaq

Bakı. Trend:

Milli Məclisdə “Dövlət borcu” haqqında Qanuna dəyişikliklərikinci oxunuşda müzakirə edilərək qəbul olundu. Dəyişikliklərəəsasən, dövlət büdcəsindən verilən büdcə ssudalar geri qaytarılabilməyəndə borc Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin TəminatFondu hesabına bağlanılacaq.

Trend xəbərverir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye vəsahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov sosial şəbəkə hesabındayazıb.

O bildirib ki, bu borclar geri qaytarıla bilməyəndə onun büdcəhesabına ödənilməsi nəzərdə tutulur:

“Belə ki, “Büdcə sistemi haqqında” Qanuna uyğun olaraq dövlətbüdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə, yerlibüdcələrə, büdcə təşkilatlarına, dövlət adından yaradılan publikhüquqi şəxslərə və dövlət büdcəsindən maliyyə yardımı alan digərhüquqi şəxslərə büdcə ili ərzində ən geci verildiyi büdcə ilininsonunadək qaytarılmalı olan büdcə ssudaları ayrılır.

Mövcud qanunvericiliyə əsasən dövlət büdcəsindən ayrılmış büdcəssudalarının vaxtında geri qaytarılması həmin ssudanı alantəşkilatların öhdəliyindədir. Lakin təcrübədə bu vəsaitlərintəşkilatlar tərəfindən geri qaytarılmasında bir sıra problemlərmüşahidə olunmaqdadır”.

Millət vəkili qeyd edib ki, yeni dəyişiklik Təminat Fondununyalnız dövlət borcu və zəmanəti üzrə öhdəliklərin yerinəyetirilməsi ilə deyil, həm də qaytarılmayan büdcə ssudalarınınəvəzinin ödənilməsi ilə bağlı daha çevik bir alətə çevrilməsinəimkan yaradacaq.

Məqalədə:
Chosen
1
17
az.trend.az

10Sources