EN

Diaqnostikada yalnız 2,9% tərbiyəçi müəllim əlli balı keçə bilib

2024-cü ildə Azərbaycanda məktəbəqədər təhsil müəssisələrində çalışan 11 218 tərbiyəçi-müəllim ilk dəfə diaqnostik qiymətləndirməyə cəlb olunub. Qiymətləndirmənin nəticələrinə əsasən, cəmi bir nəfər maksimum – 60 bal toplayıb. Bu barədə Elm və Təhsil Nazirliyinin 2024-2025-ci tədris ilinə dair hesabatında yer alıb.

Rəsmi statistikaya görə:

50 baldan yuxarı nəticə göstərənlərin sayı 324 nəfər olub (2.9%);

46–51 bal aralığında – 911 nəfər (8.1%);

41–46 bal aralığında – 1 380 nəfər (12.3%);

36–41 bal aralığında – 1 624 nəfər (14.5%);

30–36 bal aralığında – 2 002 nəfər (17.8%);

30 baldan aşağı nəticə göstərənlər isə 4 977 nəfər təşkil edib (44.4%).

30 baldan aşağı nəticə zəif nəticə sayılır. 

Qiymətləndirmənin məqsədi məktəbəqədər təhsil müəssisələrində çalışan pedaqoji heyətin bilik və bacarıqlarını obyektiv şəkildə ölçmək və inkişaf ehtiyaclarını müəyyən etməkdir.

Gülnar Nazimqızı 

Chosen
12
50
anews.az

10Sources