EN

Səudiyyəli istedad Rüstəm Orucov və baş məşqçi haqqında: "Onlar əfsanədir, ən yaxşılardır"

Rüstəm Orucovun texniki direktoru olduğu Səudiyyə Ərəbistanı Cüdo Federasiyasının uğurlu nəticələri davam edir.

İdman.biz xəbər verir ki, komandanın cüdoçusu Saleh Alyubi (60 kq) Tallində (Estoniya) keçirilən Avropa kubokunda 5-ci yeri tutub.

Alyubi 2016-cı il Olimpiadasının gümüş mükafatçısı və dünya çempionatının Azərbaycandan olan finalçısı Rüstəm Orucov, eləcə də Səudiyyə Ərəbistanı yığmasının baş məşqçisi İlyas İliadislə bağlı fikirlərini açıqlayıb: "Hər ikisi əfsanədir, ən yaxşılardır. Onlarla cəmi bir neçə aydır məşq edirəm, artıq özümdə yaxşıya doğru fərqi hiss edirəm. Təkmilləşməyə davam edəcəyəm. Onlar məni motivasiya edir və inanırlar".

İdman.biz

Chosen
27
12
idman.biz

10Sources