AZ

Azərbaycanın gənc kayak və kanoeçiləri “İnkişaf proqramı”nda

ain.az, Idman.biz saytına istinadən bildirir.

Azərbaycanın gənc kayak və kanoeçiləri “İnkişaf proqramı”nda iştirak ediblər.

İdman.biz xəbər verir ki, Rumıniyanın Piteşti şəhərində start götürən kayak və kanoe üzrə gənclər/U23 Avropa çempionatından öncə Azərbaycan millisinin idmançıları Avropa Kanoe Assosiasiyasının (ECA) təşkil etdiyi “İnkişaf proqramı” çərçivəsində təlim-məşq toplanışına qatılıblar.

Bu proqrama kayak üzrə gənclərdən ibarət yığma komandanın üzvləri Əlimurad Hacızadə və Amil Ramazanov, kanoe üzrə U23 yığmamızın idmançısı Tatyana Smilovenko, həmçinin yığma komandanın böyük məşqçisi Mirnazim Cavadov daxil edilib. Onlar Avropa çempionatı ərəfəsində keçirilən bu xüsusi hazırlıq prosesində iştirak etməklə beynəlxalq səviyyəli idmançılarla təcrübə mübadiləsi aparmaq imkanı əldə ediblər.

Avropa Kanoe Assosiasiyasının təşəbbüsü ilə həyata keçirilən “İnkişaf proqramı” Avropa çempionatına qatılan gənc və perspektivli idmançıların peşəkar hazırlıq səviyyəsini artırmaq məqsədi daşıyır. Təlimlər zamanı iştirakçılar müxtəlif texniki və taktiki məşqlərdə iştirak edib, fərdi bacarıqlarını təkmilləşdiriblər.

Toplanışın sonunda Avropa Kanoe Assosiasiyasının prezidenti Jan Zunqrana proqramın iştirakçıları ilə xüsusi görüş keçirib.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
41
icma.az

10Mənbələr