EN

ANAMA: Ötən həftə 59 mina və 382 partlamamış hərbi sursat zərərsizləşdirilib

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bakı, 7 iyul, AZƏRTAC

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən 30 iyun-6 iyul tarixlərində icra edilən minatəmizləmə əməliyyatlarına dair məlumatı açıqlayıb.

ANAMA-dan AZƏRTAC-a bildirilib ki, ötən həftə Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 43, tank əleyhinə 16 mina və 382 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Həmçinin həftə ərzində 2 331,8 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
6
19
azertag.az

10Sources