Bakı. Trend:
İxtisaslaşma seçiminə magistraturaya 16 fevral və 11 may 2025-ciil tarixlərində keçirilmiş qəbul imtahanının birinci və ya ikincicəhdinin (bəzi proqramlar üzrə həmçinin qabiliyyət imtahanının)nəticələrinə əsasən müəyyən edilmiş minimal tələbləri ödəyən və ixtisaslaşma seçimində iştiraketmək hüququ qazanan bakalavrlar buraxılırlar.
Trend xəbərverir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
Bildirilib ki, həmin bakalavrlar 2025-ci il iyulun 7-dən 13-dək(saat 23:59-dək) ali təhsil müəssisələrinin magistraturalarınaqəbul aparılan ixtisaslaşmaların müsabiqəsində iştirak etmək üçüninternet vasitəsilə ixtisaslaşma seçimini aparmalıdırlar.Bakalavrlar öz istəklərinə görə ixtisaslaşma seçimində vəmüsabiqədə imtahanın hər hansı bir cəhdində göstərdikləri nəticə(topladıqları bal) əsasında iştirak edə bilərlər. Hər iki imtahannəticəsi müsabiqə şərtini ödəyən bakalavrlar müsabiqədə iştiraketmək istədikləri imtahan nəticəsini seçə bilərlər.
İxtisaslaşma seçimi aparılan müddətdə bakalavr bitirdiyiixtisasa müvafiq və istəyinə uyğun olan 20-dək ixtisaslaşmanınkodunu seçərək "Bakalavrınelektron ixtisaslaşma seçimi ərizəsi"nə istədiyi ardıcıllıqladaxil edib təsdiqləyir. Seçilən bütün ixtisaslaşmalar seçimcədvəlinə əsasən bakalavrın bitirdiyi ixtisasa görə seçmək hüququolan bir və ya daha çox sayda qəbul proqramına aid ola bilər (qəbulaparılan ixtisaslaşmalar və həmin ixtisaslaşmalara ayrılan yerlərinproqramlar üzrə siyahısı “Magistr” jurnalının 4-cü nömrəsindətəqdim olunub).
«Magistr» jurnalının 4-cü nömrəsini DİM-in əsas inzibatibinasından (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyevküçəsi, 299), “Abituriyent” satış məntəqəsindən (Bakı şəhəri,Nizami rayonu, Davud Aslan küçəsi, 2A , həmçinin kitabmağazalarından almaq, www.abiturient.az saytından və Wolttətbiqindən sifariş etmək mümkündür. https://shorturl.at/B4g0M
Müsabiqəyə yalnız “Bakalavrınelektron ixtisaslaşma seçimi ərizəsi”ndə ixtisaslaşmalarıseçmiş və təsdiq etmiş bakalavrlar buraxılacaqlar.
İxtisaslaşma seçimi elanının tam mətni ilə buradan tanış ola bilərsiniz.