Məşhur skripka ustası Antonio Stradivarinin İkinci Dünya Müharibəsi zamanı oğurlanmış skripkası Tokioda tapılıb.
Publika.az xəbər verir ki, bu barədə "The New York Times" (NYT) məlumat yayıb.
Mendelssohn aləti 1709-cu ildə hazırlanmış və saxlanmaq üçün Mendelssohn-Bonke ailəsinə verilib, lakin müharibə zamanı itib və ailə onu tapmağa cəhd etsə də, axtarışlar nəticə verməyib.
Skripka mədəniyyət mütəxəssisi Karla Şapro tərəfindən müəyyən edilib. O, 2018-ci ildə Yaponiyada keçirilən "Stradivarius" sərgisindən fotolara baxırdı. Oradakı skripka "Stella" adlanırdı və 1707-ci ildə düzəldildiyi deyilirdi.
Mütəxəssis fotoşəkilləri orijinalın şəkilləri ilə müqayisə edib və ağac naxışları əsasında "Mendelssohn" olduğunu müəyyən edib. Alət 2000-ci ildə Nyu-Yorkda hərracda 1,5 milyon dollara satılıb. 2021-ci ilə qədər dünyada Stradivarinin əl əməyi olan təxminən 650 alət, o cümlədən 450-yə yaxın skripka qalıb.