ain.az, Adelet.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
I
Üzümü hara tutumdua edəndə?!-Məkkəyə, Qüdsə, yoxsaSənə?!
Mən Məkkədən qovulandəli bir aşiqMədinəm Sənsən indi.
Səni elə sevərəm,paxıllıqdan-İsa enər çarmıxından.
Yu yuva verovcunda əllərimə,sinən üstdə ürəyimə.Ya da qaldırSəlib bayrağını.qalmışam sənə görəMəhəmmədlə İsaMəscidlə kilsə arasında...
IIElə kilsədəElə xaçın düz önündə,Elə İsanın qabağında-Çarmıxın olaram.Barmaqlarım mıxçalara dönərGərilmiş əllərində.
Yavaş-yavaş yox olarsan,Qeybə çəkilərsən bədənimdə.Əllərimdə, dodaqlarımda.Öncə əllərin,sonra dodaqların.Sonra...Sonrası sonra.Qeybə çəkilərsən məndə.Elə kilsədə,elə xaçın düz önündə,İsanın qabağında...
Bətnindən doğanbakirə vəhy-səslərincingildəyər "Xaç"ın qulaqlarında.Qiyamət şeypuru çalınar,Məsih dirilər,İsa qısqanclıqdan enər çarmıxından.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.