Oxu.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
"Növbəti ildən başlayaraq, lisey və gimnaziyalara yalnız 7-ci sinifdən qəbul aparacağıq. Bəzən bunu məktəbi bağlayırıq kimi başa düşürlər".
Oxu.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib.
O bildirib ki, nəticələri ilə fərqlənən məktəblər lisey və ya gimnaziya kimi formalaşdırılır:
"Bu məktəblərdə ibtidai sinfə qəbulu saxlayırıq, daha sonra isə növbəti ildən başlayaraq, yalnız 7-ci sinifdən qəbul aparacağıq. Bəzən bunu məktəbi bağlayırıq kimi başa düşürlər. Amma elə bir şey yoxdur. Sadəcə qanunvericiliyə görə, lisey və ya gimnaziya sinifləri ibtidai məktəbdən sonrakı səviyyədə olmalıdır".
Aygün Mirakif
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.