EN

Berlin–Münxen sürət qatarlarının hərəkətində yanğın səbəbilə ciddi gecikmələr yaşanır

Bakı. Trend:

Almaniyada Berlin–Münxen istiqamətində hərəkət edən sürətqatarlarının marşrutunda dəmir yolu keçidində baş vermiş yanğınsəbəbindən ciddi ləngimələr qeydə alınıb.

Trend-in Almaniyamətbuatına istinadla verdiyi xəbərə görə, yanğın Oberfrankenbölgəsində, Forşhaym və Bamberq şəhərləri arasındakı keçiddə başverib.

Nəticədə marşrutun bir hissəsi bağlanıb, qatarların hərəkətcədvəli dəyişdirilib, səyahət müddəti uzanıb, bəziləri isə tamamilələğv olunub.

Alman polisi hadisənin qəsdən törədildiyi ehtimalı ilə istintaqaparır. İlkin araşdırmaya əsasən, relslərdə hərəkət mümkündeyil.

Alman Dəmir Yolları (Deutsche Bahn) şirkətindən verilənaçıqlamada, sürət qatarlarının Nürnberq və Erfurt şəhərləriarasında alternativ marşrutlara yönləndirildiyi, bunun isə təxminən90 dəqiqəlik gecikmələrə səbəb olduğu bildirilib.

Hazırda qəzanın nəticələrinin aradan qaldırılması istiqamətindəişlər davam etdirilir.

Chosen
13
6
az.trend.az

10Sources