EN

İtaliyanın şimalında güclü yağışlar və fırtına insan tələfatına və dağıntılara səbəb olub

Bakı. Trend:

İtaliyanın şimal bölgələrində hökm sürən əlverişsiz hava şəraiticiddi fəsadlara yol açıb.

Trend-inməlumatına görə, Milanda yağan leysan yağışları nəticəsində evlər,küçələr və iş yerləri su altında qalıb. Güclü fırtına ağaclarınyollara və avtomobillərin üzərinə aşmasına səbəb olub. Nəticədə 63yaşlı qadın həyatını itirib, daha iki nəfər yaralanıb.

Qısa müddət ərzində şəhərə 35–45 millimetr yağıntı düşüb.Ehtiyat tədbiri olaraq şəhər parkları bağlanıb. Həmçinin Milan–Romasürət qatarına ildırım düşüb. Qatar hərəkətini dayandırıb,sərnişinlər digər qatara təxliyə olunub. Xətdə 50 dəqiqəyədəkgecikmə qeydə alınıb. Mülki müdafiə qüvvələri gün ərzində 150-dənçox hadisəyə müdaxilə edib.

Florensiyada da güclü küləklər ağacların avtomobillərin üzərinəaşmasına səbəb olub. Küləyin sürəti saatda 43 kilometrə çatıb.Montespertolidə isə cəmi bir saatda 60 millimetrədək yağışyağıb.

Toskana regionunda son 12 saat ərzində 27 min ildırım qeydəalınıb. Təbii fəlakət fonunda hakimiyyət orqanları və fövqəladəxidmətlər gücləndirilmiş rejimdə fəaliyyət göstərirlər.

Chosen
34
4
az.trend.az

10Sources