Apa.az saytına istinadən ain.az xəbər verir.
Tayvanın cənub-qərbində “Danas” qasırğasının baş verməsi nəticəsində azı 28 nəfər xəsarət alıb.APA xəbər verir ki, bu barədə adanın Fövqəladə Hallar üzrə İdarəetmə Mərkəzi məlumat yayıb.
Təhlükə səbəbindən 2 853 nəfər təhlükəsiz ərazilərə təxliyə olunub.
Tayvanın Mərkəzi Hidrometeorologiya İdarəsinin məlumatına görə, tayfun güclü leysan və saatda 40 metrə, bəzi hallarda isə 50 metrə çatan küləklərlə müşayiət olunub.
Təbii fəlakət nəticəsində 85 113 ev təsərrüfatında elektrik enerjisinin verilişində fasilələr yaranıb. Hazırda bu evlərin bir hissəsinə elektrik verilişi bərpa olunub, lakin 48 671 ev hələ də işıqsızdır.
Bəzi sahilyanı bölgələrdə məktəblər və idarələr müvəqqəti olaraq bağlanıb.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.