EN

Fidan Arakçı ilə görüşdü: Nələr müzakirə olundu?

Türkiyənin xarici işlər naziri Hakan Fidan və iranlı həmkarı Abbas Arakçı arasında görüş baş tutub.

Axar.az xəbər verir ki, tərəflər Rio-de Janeyroda keçirilən BRİKS sammiti çərçivəsində bir araya gəliblər.

Bildirilib ki, görüş zamanı ikitərəfli və regional məsələlər, o cümlədən İranın nüvə fəaliyyəti ilə bağlı proseslər müzakirə edilib.

H.Fidan Türkiyənin regiondakı bütün problemlərin diplomatik yolla həllinin tərəfdarı olduğunu və bu yöndə atılacaq addımlara dəstək verəcəyini vurğulayıb.

Chosen
19
50
axar.az

10Sources