BAKI, 6 iyul. TELEQRAF
Belarusun Minsk vilayətində uşaq sağlamlıq düşərgəsində baş verən yanğında 3 nəfər xəsarət alıb.
Teleqraf xəbər verir ki, bu barədə Belarus Fövqəladə Hallar Nazirliyinin Telegram kanalında məlumat verilib.
Hadisə ölkənin Molodeçno rayonunda baş verib.
Məlumatda deyilir: "Yataqxanada əmlak yanıb. Düşərgənin əməkdaşları təxliyyəni həyata keçirib. Hadisə yerində Fövqəladə Hallar Nazirliyinin 5 texnikası işləyir".
Mətbuat xidmətinin məlumatına görə, yanğının müstəqil şəkildə söndürülməsi zamanı şəxsi heyətdən 3 nəfər xəsarət alıb. Onlar tüstüdən zəhərləndikləri üçün xəstəxanaya yerləşdiriliblər. Binadan 120-si uşaq olmaqla 132 nəfər təxliyə edilib.
Hazırda yanğının səbəbləri məlum deyil. Hadisə yerində təcili yardım xidmətləri işləyir.