EN

Güləş üzrə U20 Avropa çempionatı iki bürünc medal, daha bir qızıl və iki bürünc şansı

ain.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

İtaliyanın Kaorle şəhərində güləş üzrə U20 Avropa çempionatı keçirilir.

İdman.biz xəbər verir ki, mübarizəni sərbəst güləşçilər davam etdirirlər.

Azərbaycan idmançısı Omar Gülməmmədov 74 kq çəki dərəcəsində ukraynalı Boqdan Oliynikə sonuncu xal prinsipinə əsasən (7:7) qalib gələrək bürünc medal qazanıb.

Anar Cəfərli də 92 kq çəki dərəcəsində gürcüstanlı Sandro Kuraşviliyə 7:4 hesabı ilə qalib gələrək U20 Avropa çempionatının bürünc mükafatçısı olub.

Digər təmsilçilərimiz də medal uğrunda mübarizə aparırlar.

Bürünc medal görüşləri

61 kq

Bəşir Verdiyev - Saba Qambaşidze (Gürcüstan)

86 kq

Məhəmməd Abbaszadə - Razmik Yepremyan (Ermənistan)

Final

125 kq

Yusif Dursunov - İnal Qaqloyev (UWW)

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
16
50
icma.az

10Sources