Azərbaycanın 16 yaşadək oğlanlardan ibarət basketbol üzrə milli komandası Avropa çempionatı C divizionunda ikinci qrup oyununu keçirib.
Offsideplus.az xəbər verir ki, yığmamız Andorra seçməsinə 42:52 hesabı ilə uduzub.
Yeniyetmə basketbolçularımız növbəti oyunu iyulun 9-da Lüksemburq kollektivinə qarşı olacaq.
Qeyd edək ki, milli komandamız qrupda keçirdiyi birinci qarşılaşmada San Marinonu üstələmişdi (105:60).