EN

Cənubi Koreyada keçmiş prezidentin yenidən həbs edilməsi istənilir

ain.az, Oxu.az portalına istinadən məlumat yayır.

Cənubi Koreyada keçmiş prezident Yun Sok Yolun 2024-cü ilin dekabrında hərbi vəziyyət tətbiq etməsi ilə bağlı işi araşdıran xüsusi prokuror onun həbsinə dair order istəyib.

Oxu.Az bu barədə "Renhap" agentliyinə istinadla xəbər verir.

Xüsusi prokuror Park Ci Yon keçirdiyi brifinq zamanı order verilməsi tələbi barədə məlumat verib. O, məsələ ilə bağlı detalların məhkəmə iclasında açıqlanacağını söyləyib.

May ayında xüsusi prokurorluq keçmiş prezidentin həbsinə order verilməsini istəsə də, müraciət rədd edilib.

Xatırladaq ki, Yun Sok Yol ölkədə hərbi vəziyyət elan edəndən sonra hökumət ona impiçment elan etmişdi. Keçmiş prezident üsyanı təşkil etməkdə ittiham edilib və yanvarda həbs edilib.

Mart ayında Seul məhkəməsi Yun Sok Yolu həbsdən azad edib, lakin üsyan işinə baxmağa davam edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
64
oxu.az

1Sources