EN

Xankəndidə Zəfər parkının salınması sürətlə davam edir

Xankəndi. Trend:

Təməli Prezident İlham Əliyev tərəfindən bu ilin fevralındaqoyulan Zəfər parkının salınması istiqamətində işlər sürətlə davametdirilir. Sahəsi 8,3 hektar olacaq parkın ərazisində işğaldövründə tikinti normaları pozulmaqla inşa edilmiş, eləcə dəistismara yararsız bir sıra tikililər sökülüb. Parkın mərkəzindəQələbəmizin rəmzi olan Zəfər Tağının tikintisi də davam edir. Onunhündürlüyü Vətən müharibəsi günlərinin sayına uyğun olaraq 44 metrolacaq. Tağın üst hissəsində ziyarətçilər üçün şəhərə baxışmeydançası yaradılır".

Trend xəbər verirki, bu sözləri jurnalistlərə açıqlamasında Xankəndi şəhərində,Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetməXidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızıdeyib.

O, qeyd edib ki, Parkın mərkəzindəki meydançadan Zəfər Tağınaqədər 44 rəmzi pilləkən də nəzərdə tutulub. Bu pilləkənlərdə Vətənmüharibəsinin hər günü üzrə azad olunmuş yaşayış məntəqələrinə dairməlumatlar əks etdiriləcək:

"Abidənin üst hissəsinə - baxış meydançasına yaşlı insanların,uşaqların və fiziki məhdudiyyətli şəxslərin rahat qalxması üçünliftlərin quraşdırılması nəzərdə tutulub. Layihəyə uyğun olaraqparkda geniş yaşıllıq zolaqlarının salınması planlaşdırılır. Parkınərazisində mövcud olan ağaclar qorunmaqla əlavə 300-dən çox ağac və9 mindən çox müxtəlif növ dekorativ kollar əkilib".

Chosen
1
50
az.trend.az

10Sources