Demokrat.az-ın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı deyib.
Qeyd edilib ki, təməli Prezident İlham Əliyev tərəfindən bu ilin fevralında qoyulan Zəfər parkının salınması istiqamətində işlər sürətlə davam etdirilir: "Sahəsi 8,3 hektar olacaq parkın ərazisində işğal dövründə tikinti normaları pozulmaqla inşa edilmiş, eləcə də istismara yararsız bir sıra tikililər sökülüb. Parkın mərkəzində Qələbəmizin rəmzi olan Zəfər Tağının tikintisi də davam edir. Onun hündürlüyü Vətən müharibəsi günlərinin sayına uyğun olaraq 44 metr olacaq. Tağın üst hissəsində ziyarətçilər üçün şəhərə baxış meydançası yaradılır".
Afət Telmanqızı bildirib ki, parkın mərkəzindəki meydançadan Zəfər Tağına qədər 44 rəmzi pilləkən də nəzərdə tutulub. Bu pilləkənlərdə Vətən müharibəsinin hər günü üzrə azad olunmuş yaşayış məntəqələrinə dair məlumatlar əks etdiriləcək:
10Mənbələr
-
azpost.infoXankəndidə 44 metr hündürlüyündə Zəfər Tağı inşa olunur ( 18999277)
-
bizim.mediaXankəndidə Zəfər Tağının üst hissəsində şəhərə baxış meydançası yaradılır - FOTO ( 18999271)
-
icma.azXankəndidə 44 metr hündürlüyündə Zəfər Tağı inşa olunur ( 18998899)
-
avtosfer.azXankəndidə Zəfər parkında Zəfər Tağı tikilir - FOTO ( 18998827)
-
ikisahil.azXankəndidə inşa edilən Zəfər Tağının hündürlüyü Vətən müharibəsinin şərəfinə 44 metr olacaq ( 18998821)
-
xalqqazeti.azXankəndi şəhərində Zəfər parkının salınması istiqamətində işlər sürətlə davam etdirilir ( 18998773)
-
apa.azXankəndidə Zəfər parkında Zəfər Tağı tikilir FOTO ( 18998728)
-
demokrat.azXankəndidə Zəfər parkında Zəfər Tağı tikilir ( 18998650)
-
xalqqazeti.azXankəndi şəhərində Zəfər parkının salınması istiqamətində işlər sürətlə davam etdirilir ( 18998638)
-
day.azXankəndidə Zəfər parkının salınması sürətlə davam edir ( 18998578)