Demokrat.az-ın xəbərinə görə, imtahanlar Bakı, Xankəndi, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Qazax, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Cəlilabad, Masallı, Quba və Xaçmazda təşkil olunub.
***
08:29
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçiriləcək.
Bu barədə Demokrat.az-a DİM-dən məlumat verilib.
Qeyd edilib ki, imtahanlar Bakı, Xankəndi, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Qazax, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Cəlilabad, Masallı, Quba və Xaçmazda təşkil olunacaq.
İmtahan saat 10:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.
İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.
Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
- İmtahana buraxılış vərəqəsi;
- Şəxsiyyəti təsdiq edən sənədin əsli.
a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
b) Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;
- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 168 imtahan binası, 3 078 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 168 ümumi imtahan rəhbəri, 486 imtahan rəhbəri, 3851 nəzarətçi, 552 buraxılış rejimi əməkdaşı, 168 bina nümayəndəsi cəlb olunub.
II ixtisas qrupu üzrə imtahanda 18 013, III ixtisas qrupu üzrə imtahanda isə 23 470 nəfər olmaqla, ümumilikdə 41 483 abituriyentin iştirakı nəzərdə tutulur.
10Sources
-
yeniazerbaycan.comBu gün Azərbaycan-Özbəkistan əlaqələri yeni dövrün reallıqlarına uyğun olaraq sürətlə inkişaf etdirilir ( 19064983)
-
report.az"iTech Group" - 25 illik innovasiya və davamlı inkişaf yolu: "Kotler Impact"in qlobal layihəsində təmsilçilik ( 19053229)
-
ikisahil.azXankəndi beynəlxalq diplomatiyanın yeni ünvanına çevrilir ( 19046263)
-
ikisahil.azArtıq Xankəndi beynəlxalq tədbirlər məkanıdır ( 19046032)
-
ikisahil.azİqtisadi Əməkdaşlıq Təşkilatında Azərbaycanın güclənən mövqeyi ( 19045816)
-
7times.azDiplomatlara Azərbaycanın beynəlxalq inkişafa yardım siyasətinin prioritetlərindən bəhs olunub ( 19045753)
-
yeniazerbaycan.comSiyasi iradənin və strateji baxışın bariz nümunəsi ( 19045702)
-
ikisahil.azSülh və inkişafın bünövrəsi iqtisadi əməkdaşlığa söykənir ( 19045345)
-
mia.az"Ərdoğana "Allahın qorxağı" dedi, məhkəməlik oldu - 500 min təzminat davası ( 19045174)
-
yeniazerbaycan.comRegional əməkdaşlığa böyük töhfə verəcək tarixi hadisə ( 19045105)