EN

Çində 19 uşaq qurğuşundan zəhərlənib

Bakı. Trend:

Çinin Qansu vilayətindəki özəl uşaq bağçasında qida əlavələrininsəbəb olduğu ehtimal edilən qurğuşun zəhərlənməsi nəticəsində azı19 uşaq zərər çəkib.

Trend-n məlumatınagörə, bu barədə "Shanghai Zhebao" nəşri xəbər verib.

Məlumata əsasən, bağçanın direktoru cinayət məsuliyyətinə cəlbedilib.

Bildirilib ki, 19 uşaq xəstəxanaya yerləşdirilib. Tibbihesabatlara görə, onlardan bəzilərinin qanında qurğuşun səviyyəsi400 mkq/l-ə qədər, xəstəxanaya yerləşdirməni tələb edən 250 mkq/lhəddindən xeyli yuxarı idi. Valideynlərin dediyinə görə, uşaqlardabir neçə ay ərzində ürəkbulanma, ishal, qarın ağrısı və ayaq ağrısıkimi simptomlar müşahidə olunub.

Chosen
15
49
az.trend.az

10Sources