Çinin Qansu vilayətindəki özəl uşaq bağçasında qida əlavələrinin səbəb olduğu ehtimal edilən qurğuşun zəhərlənməsi nəticəsində azı 19 azyaşlı zərər çəkib.
Day.Az-ın məlumatına görə, bu barədə "Shanghai Zhebao" nəşri xəbər verib.
Məlumata əsasən, bağçanın direktoru cinayət məsuliyyətinə cəlb edilib.
Bildirilib ki, 19 uşaq xəstəxanaya yerləşdirilib. Tibbi hesabatlara görə, onlardan bəzilərinin qanında qurğuşun səviyyəsi 400 mkq/l-ə qədər, xəstəxanaya yerləşdirməni tələb edən 250 mkq/l həddindən xeyli yuxarı idi. Valideynlərin dediyinə görə, uşaqlarda bir neçə ay ərzində ürəkbulanma, ishal, qarın ağrısı və ayaq ağrısı kimi simptomlar müşahidə olunub.