EN

Daşkəsəndəki qətlin TƏFƏRRÜATI açıqlandı

Daşkəsəndə baş verən qətlin təfərrüatı məlum olub.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, aralarında mübahisə düşən hər iki gənc Gəncə sakinləridir və onların Daşkəsənin Xoşbulaq kəndində evləri var.

Ötən gün sözügedən kəndə istirahətə gediblər. Yemək yeyərkən spirtli içki qəbul edən dostlar arasında mübahisə yaranıb. Bu zaman İlkin Məmmədovun hadisəni törətməkdə şübhəli bilinən Elçin İsmayılovu nəlayiq sözlərlə təhqir edib.

Bu zaman 20 yaşlı E. İsmayılov 2004-cü il təvəllüdlü İlkin Məmmədova bıçaq xəsarətləri yetirib.

Ağır yaralanan İ.Məmmədov əvvəlcə Daşkəsən Mərkəzi Rayon Xəstəxanasına, sonra isə Gəncə şəhərində yerləşən xəstəxanlardan birinə çatdırılıb. Həkimlərin səylərinə yardımlara baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Daşkəsən rayon prokurorunda cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

Chosen
5
13
bizim.media

10Sources