Daşkəsənin Xoşbulaq kəndində bıçaq xəsarəti alan və xəstəxanada dünyasını dəyişən 2004-cü il təvəllüdlü İlkin Məmmədovun ölüm səbəbi ilə bağlı rəsmi açıqlama verilib.
Gəncə Birləşmiş Xəstəxanadan Bizim.Media-nın yerli bürosuna verilən məlumata görə, 05.07.2025-ci il tarixində saat 11:30 radələrində 2004-cü il təvəllüdlü şəxs (kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z. Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:
MÖVZU İLƏ BAĞLI:
Daşkəsəndə 21 yaşlı gənci qətlə yetirən şəxs TUTULDU
"Yaralıya qarın nahiyəsinin bud arteriyası, bazu nahiyəsinin kəsilmiş deşilmiş yarası, aqonal vəziyyət, xarici və daxili qanaxma diaqnozu təyin olunub. Göstərilən bütün reanimasiya tədbirlərinə baxmayaraq, 11:40 radələrində ölüm faktı qeydə alınıb" deyə məlumatda bildirilib.
Qeyd edək ki, 20 yaşlı E. İsmayılıv mübahisə zəminində 2004-cü il təvəllüdlü İ. Məmmədova bıçaq xəsarətləri yetirib.
Xəstəxanaya çatdırılsa da həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Daşkəsən rayon prokurorluğunda araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu