ABŞ-ın Texas ştatında güclü yağışların və Qvadalupe çayının daşmasının doğurduğu daşqınlar nəticəsində 50 nəfər ölüb.
Bizim Media bu barədə CNN telekanalına istinadən xəbər verir.
Xeyli insan itkin düşüb, onların aralarında yay düşərgəsindən olan 20-dən çox şagird qız da var.
Texas qubernatoru Qreq Ebbottun daha əvvəl verdiyi məlumata görə, 850-dən çox insan təxliyə edilib.
Bizim Media