EN

Messi 38 yaşında bunu da etdi

BAKI. 6 iyul. TELEQRAF

ABŞ-nin "İnter Mayami" klubunun futbolçusu Lionel Messi MLS ulduzları arasında ən nadir nailiyyəti təkrarlayıb.

Teleqraf xəbər verir ki, 38 yaşlı argentinalı hücumçu ardıcıl 3 matçda ən azı 2 qol və 1 məhsuldar ötürmə müəllifi olan 4-cü futbolçu kimi Şimali Amerika Liqası tarixinə düşüb.

Belə statistik nailiyyəti əldə edən sonuncu futbolçu 20212-ci il martın 25-dən aprelin 7-dək fransalı forvard Tyerri Anri olub. Daha əvvəl isə ardıcıl 3 matçda 2+1 hədəfinə kolumbiyalı Diego Serna (2001) və ABŞ-dan olan Ante Razov (1999) çatıb.

Qeyd edək ki, Lionel Messi "Klyob de Fut Monreal"la matçda (4:1) 2+1, "Kolambus Kryu" ilə oyunda (5:1) və elə həmin "Monreal"la qarşılaşmada (4:2) 2+2 edib. Beləliklə, Messi 25 may 2025-ci ildən sonra 3 oyunda 6 qol və 5 məhsuldar ötürmə müəllifi olub.

Chosen
14
14
teleqraf.com

10Sources