Portuqaliyanın Gondomar şəhərində avtomobil qəzasında dünyasını dəyişən Portuqaliya millisi və “Liverpul”un futbolçusu Diego Jota ilə qardaşı Andre Silvanın dəfn mərasimi keçirilib.
Sportinfo.az xəbər verir ki, dəfndə məşhur futbolçular və tanınmış simalar iştirak ediblər.
Lakin ulduz futbolçu Kriştiano Ronaldo millidəki komanda yoldaşı Jotanının dəfninə qatılmayıb.
Bununla yanaşı Ronaldonun Malyorkada tətil edərkən görüntüləri də yayılıb.
Onun bu hərəkəti çoxsaylı azakeşlərin tənqidinə tuş gəlib.