EN

Vasif çempion, Muradxan ikinci oldu

BAKI, 6 iyul. TELEQRAF

İtaliyanın Kaorle şəhərində keçirilən U20 Avropa çempionatı sona yaxınlaşır.

Teleqraf xəbər verir ki, yarışın altıncı günündə sərbəst güləş üzrə ilk medalçılar müəyyənləşib.

Vasif Bağırov (57 kq) finalda gürcüstanlı Nika Zanqaladzeylə gərgin mübarizə şəraitində keçən görüşdə əzmkar qələbə qazanıb. İlk hissəni 5:6 hesabıyla geridə başa vuran Gəncə güləş məktəbinin yetirməsi fasilədən sonra üstünlüyünü təmin edib – 9:6. Beləliklə, ötən il U20 Avropa çempionatında gümüş medal qazanan Vasif bu dəfə çempion olub.

Muradxan Omarov (79 kq) həlledici görüşdə Gürcüstan təmsilçisiylə qarşılaşıb. Ancaq debütant komanda yoldaşından fərqli olaraq, qələbə qazana bilməyib. Şamaxı güləş məktəbinin yetirməsi Davit Çetçelaşviliylə bacarmayıb – 0:10. Belədə Muradxan gümüş medalı boynundan asıb.

Rəvan Musayev (97 kq) təsəlliverici görüşdə macarıstanlı Peter Şivnovskiyə 7:0 hesabıyla qalib gəlsə də, bürünc medal uğrunda qarşılaşmada rusiyalı Maqomedqadji Maqomedova məğlub olub – 0:6.

Chosen
21
31
teleqraf.com

10Sources