EN

Rusiya Ermənistanda hərəkətə keçdi - Qoşunların sayı ARTIRILIR

Rusiya Ermənistanın Gümrü şəhərindəki hərbi bazasında şəxsi heyətin sayını artırır.

Modern.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı ölkənin hərbi kəşfiyyatına istinadən məlumat yayıb.

Bildirilib ki, burada məqsəd Kremlin Cənubi Qafqaz ölkələrinə hərbi-siyasi təzyiqini artırmaqdır.

Qeyd edək ki, Ermənistanda yerləşən 102-ci Rusiya hərbi bazası 1995 -ci ildə yaradılıb və bu günə qədər fəaliyyət göstərir. İlkin olaraq Ermənistanla Rusiya arasında hərbi əməkdaşlıq haqqında saziş 25 il müddətinə bağlanıb.

2010-cu ildə Rusiya prezidenti Dmitri Medvedevin Ermənistana səfəri zamanı müqavilənin müddəti daha 49 il - 2044-cü ilə qədər uzadılıb. 

Bundan əvvəl mətbuatda Ermənistan hakimiyyətinin bazanı bağlamağı planlaşdırdığı barədə xəbərlər yayılıb.

Chosen
37
47
modern.az

10Sources