AZ

Almaniya və Hollandiya “Şimal axını 2”ni əvəz etməyin yolunu tapıblar

... “Şimal axını 2” layihəsini əvəz edən Almaniya və Hollandiya Şimal dənizində, Borkum adası yaxınlığında yeni qaz yatağının birgə istismarı barədə razılığa gəliblər.

Yeni mənbədən ildə 13 milyard kubmetrədək qaz tədarük edəcəyi gözlənilir.

SİA-nın məlumatına görə, “Bloomberg” yazır ki, bu, Rusiya ilə birlikdə tikilən qaz kəmərinin təmin etdiyi gücün demək olar ki, yarısı ilə müqayisə oluna bilər.

Maraqlıdır ki, Hollandiyanın One-Dyas şirkəti bir il əvvəl Aşağı Saksoniya hakimiyyətindən qazma işlərinə icazə alıb. Bununla belə, yatağın faktiki işlənməsi yekun qərara qədər təxirə salınıb.

Almaniyanın əvvəlki iqtisadiyyat naziri Robert Habek təklif olunan mədən YUNESKO-nun qorunan ərazisi daxilində yerləşdiyi üçün prosesi ləngitdi.

Bu təşəbbüs Almaniyanın uzunmüddətli enerji siyasətinə uyğundur, məqsədi Rusiya xammalından asılılığı azaltmaq və yerli istehsalı artırmaqdır.

Bağlanmış sazişə uyğun olaraq, iştirakçılar qarşılıqlı fəaliyyətin əsas aspektlərini, o cümlədən hasil edilən resursun bölüşdürülməsi prinsiplərini müəyyən ediblər.

Lakin bu müqavilə avtomatik olaraq kəşfiyyat işlərinin aparılmasına icazə vermir: hər bir mərhələnin təsdiqi dəniz yatağının Almaniya hissəsinin yerləşdiyi Aşağı Saksoniya federal əyalətinin məsuliyyətində qalacaq.

Əli Babayev

Seçilən
19
8
sia.az

10Mənbələr